
“Meta” korporasiyası ABŞ Prezidenti Donald Trampın Kapitolidə baş verən iğtişaşlardan sonra Feysbuk və İnstaqram hesablarının əngəlləməsi səbəbindən 2021-ci ildə şirkətə qarşı açdığı iddianın həlli çərçivəsində ona 25 milyon dollar ödəmək qərarını açıqlayıb. Bu barədə “Nyu York Tayms” məlumat yayıb. Nəşrin yazdığına görə, Tramp şirkətlə barışıq sazişi imzalayıb: “Müqavilənin şərtlərinə əsasən, 22 milyon dollar prezident kitabxanasının fonduna bağışlanacaq, qalan vəsait isə məhkəmə xərclərinə yönəldiləcək”.
Mətləb Salahov