Qış və təbii qazın isitmə üçün istifadə olunması ilə xərclərin artması nəticəsində necə qənaət edə bilərik sualı ağıllara gəlir. Təbii qazın sürpriz hesablarından qaçmaq və hesabları normal səviyyədə saxlamaq əslində mümkünsüz deyil. Belə ki, bir neçə nüansa diqqət etməklə qənaət edə bilərsiniz.
News24.az təbii qaz ödənişlərini azaltmağa kömək edəcək məsləhətləri təqdim edir:
Kombi və radiatorun təmiri mütəmadi olaraq aparılmalıdırKombiyə illik texniki qulluq edilməlidirKombini hər gün söndürüb yandırmayın, müəyyən bir dərəcədə işlək vəziyyətdə qalması daha məqsədəuyğundurYeni nəsil kombilərə üstünlük verilməlidirRadiatorların önünü bağlamayınİzolyasiya lövhələrindən istifadə edilməlidirİstilik izolyasiyası aparılmalıdırBalkon qapıları təmir olunmalıdırJalüzlərdən istifadə etmək olarİstilik paylayıcı və ya istilik sayğacı istifadə edilə bilərTermostatik klapan istifadə edilə bilər.