RU

Xırdalana yeni yollar çəkiləcək

Bakı. Trend:

M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərininmərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsütikiləcək.

Trend xəbər verir ki, bu barədə Prezident İlhamƏliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdənəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cuillər üçün Dövlət Proqramı"nda deyilir.

Dövlət Proqramına əsasən, 2025−2030-cu illər ərzində yol qovşağıtikiləcək və istismara veriləcək.

Bundan əlavə, Xırdalan şəhərinin M-1 Bakı-Quba RusiyaFederasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobilyolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobilyolları şəbəkəsi təkmilləşdiriləcək. Bu istiqamətdə işlər2025−2026-cı illər ərzində tamamlanacaq.

Eyni zamanda, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyevküçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsü tikilərəkistismara veriləcək. Bu, 2025-2030-cu illərdə həyatakeçiriləcək.

Məqalədə:
Избранный
12
19
az.trend.az

10Источники