RU

Gələn ildən illik 200–250 elektrik mühərrikli avtobus İSTEHSAL EDİLƏCƏK

Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

Dövlət Proqramına əsasən, ötən il ərzində ölkəyə 160 müasir elektrik mühərrikli avtobus idxal edilib, bu isə 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqlarla əvəzlənməsi hədəfinin icrası istiqamətində mühüm addım olub. Dövlət Proqramına əsasən, 2025−2027-ci illər ərzində Bakıda sərnişindaşımanı yaxşılaşdırmaq üçün elektrik mühərrikli 1 000-dək avtobus alınacaq.

Bizim.Media

Избранный
13
7
bizim.media

10Источники