Ermənistanda İrandan gətirilən ümumi çəkisi 18 kq olan külli miqdarda marixuana və metamfetamin müsadirə edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Narkotiklərin bir hissəsinin ölkədə satışı, qalan hissəsinin isə Gürcüstana aparılması planlaşdırılıb.
Faktla bağlı cinayət işi açılıb, 13 nəfər həbs edilib.