RU

Dövlət qurumu işçi axtarır - MAAŞ 1800 MANAT - VAKANSİYA

Dövlət qurumu

Satınalma üzrə şöbə müdiri

Son tarix 02 mar 2025 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Satınalma proseslərinin həyata keçirilməsi, strategiyasının araşdırılması və nəzarət edilməsi;
  • Satınalma fəaliyyətinin satınalma prosedurlarına, qaydalarına və təlimatlarına uyğun həyata keçirilməsinin təmin edilməsi;
  • Satınalma şərtləri və müqavilə öhdəlikləri üzrə danışıqların aparılması və ona nəzarət etmək;
  • Satınalmalar zamanı tələbatın düzgün müəyyənləşdirilməsi və illik satınalma planının hazırlanması;
  • Keçirilmiş satınalmalar üzrə hesabatların hazırlanması və ona nəzarət etmək;
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq satınalmaların təşkilində iştirak etmək;
  • Dövlət satınalmaları ilə bağlı müvafiq məktub və digər sənədləşmə işlərinin təşkilinin həyata keçirilməsi təmin etmək;
  • Tender prosesinin bütün mərhələlərində iştirak etmək və müvafiq protokolların hazırlanmasına və imzalanmasına nəzarət etmək; 
  • Şöbə əməkdaşları arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək;
  • Şöbənin fəaliyyətinin təşkil edilməsi və effektivliyi, səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün hədəflər təyin etmək.

 Tələb olunan bilik və bacarıqlar:

  • Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması, iqtisadi idarəetmə və s. əlaqəli sahələr);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3-5 ilə qədər iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus dili və ya ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: 1C və MS Office proqramlarını bilmək;
  • Analitik təhlil, problem həll etmə qabiliyyəti;
  • Komandada işləmə və əməkdaşlıq etmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və çeviklik; 
  • Yüksək səviyyədə ünsiyyət, liderlik və qərarvermə bacarığı.

Əmək şəraiti:

  • İş rejimi: 5 günlük
  • İş vaxtı: 9:00-18:00
  • Nahar vaxtı: 13:00-14:00
  • İstirahət günü: şənbə, bazar
  • Əmək haqqı: 1800+bonus
  • İş yeri: Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə şöbə müdiri" yazaraq, qeyd edilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Избранный
18
50
fed.az

10Источники