RU

Dəhşətli yanğından sonra İstanbuldakı hotellərlə bağlı yeni qərar

“Türkiyənin İstanbul şəhərində lisenziyası olmayan hotellər bağlanacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül açıqlama verib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Bolu Kartalkayadakı fəlakətdən sonra radikal tədbirlər görüləcək.

Artıq mehmanxanalarla bağlı prosesin başladığını bildirən vali, hotel lisenziyası və ya biznes sertifikatı olmayan obyektlərin bağlanacağını vurğulayıb:

“Əgər Mədəniyyət və Turizm Nazirliyindən lisenziyası və ya fəaliyyət sənədi olmayan hotellər sabah bağlanmasa, ən geci həftə sonu hamısını bağlayacağıq. Bazar ertəsindən etibarən biz bütün lisenziyasız yerləşdirmə obyektlərini və ya lisenziyası olan, lakin Mədəniyyət və Turizm Nazirliyindən qanuni sənədi olmayan obyektləri bağlayacağıq. Siyahılar artıq məlumdur”.

Избранный
3
qafqazinfo.az

1Источники