RU

"Olimpiakos" - "Qarabağ" oyununda 3-cü qol - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinə yekun vurulacaq.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da sonuncu - 8-ci turun oyununa çıxır.

Qurban Qurbanovun komandası Yunanıstan səfərində "Olimpiakos"la qarşılaşır. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Bu komandalar 2022-2023 mövsümündə də Avropa Liqasında üz-üzə gəlmişdi. O vaxt "Qarabağ" qrup mərhələsinin Yunanıstandakı oyununda rəqibini 3 cavabsız qolla məğlub etmişdi. Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınmışdı.

Bugünkü oyun isə "Qarabağ" üçün formal xarakter daşıyacaq. Çünki 3 xalla 34-cü pillədə olan komandanın pley-off şansı qalmayıb. Ötən mövsüm Konfrans Liqasının qalibi olan "Olimpiakos" isə 12 xalla 12-ci pillədədir və ən azı pley-offu təmin edib.

31 yanvar

Avropa Liqası

Liqa mərhələsi, 8-ci tur

00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan) - 3:0 (İkinci hissə)

Qollar: El-Kaabi, 56 (1:0), 60 (2:0), Biankon, 89 (3:0)

Baş hakim: Redu Petresku (Rumıniya)

Pirey. "Georgios Karaiskakis" stadionu

 

 

Избранный
6
11
teleqraf.com

10Источники