RU

UEFA Avropa Liqası: “Qarabağ” "Olimpiakos"a məğlub olub

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanın “Olimpiakos” komandasına məğlub olub.

Georgios Karaiskakis stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.

Pireylilərin heyətində 56 və 60-cı dəqiqələrdə fərqlənən El Kaabi dubl müəllifi olub. Qarşılaşmada yekun hesabı müəyyənləşdirən qola isə 89-cu dəqiqədə Julian Byankon imza atıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv keçirdiyi 8 görüşün 7-də uduzub, 1-də qələbə qazanıb. Bununla da "köhlən atlar" Liqa mərhələsini 3 xalla sonuncu sırada başa vurub. Azərbaycan çempionu üçün cari mövsüm avrokubok oyunları başa çatıb.

Избранный
4
50
cbcsport.az

10Источники