RU

Avropa Liqası: “Qarabağ” son oyunda da uduzdu

“Qarabağ” UEFA Avropa Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.

Msport.az xəbər verir ki, Azərbaycan çempionu VIII tur matçında Yunanıstanın “Olimpiakos” kollektivinin qonağı olub.

Pireydəki “Georgios Karaiskakis” stadionunda keçirilən görüş ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları El Kaabi (2 qol) və Julian Byankon vurublar.

Qarşılaşmanı rumıniyalı FIFA referisi Radu Petresku idarə edib.

Aktivində 3 xalı olan “Qarabağ” turnirin əsas mərhələsini sonuncu – 36-cı pillədə başa vurub.

Yunanıstan təmsilçisi isə 15 xalla 7-ci olub və birbaşa 1/8 finala vəsiqə qazanıb.

Избранный
4
50
msport.az

10Источники