RU

Rusiya nüvə arsenalına məhdudiyyətdən imtina edə bilər - XİN

Rusiya ABŞ-nin raket əleyhinə müdafiə (RƏM) sisteminin inkişafını davam etdirəcəyi şəraitdə nüvə arsenalına tətbiq edilən kəmiyyət məhdudiyyətlərini aradan qaldıra bilər.

Azreform.info ” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkovun məqaləsində deyilir.

“Mövcud reallıqda, özümüzü növbəti illüziyaya sürükləmək istəmiriksə, klassik anlamada strateji sabitlikdən danışmaq artıq mümkün deyil. Beynəlxalq arenada qlobal raket vəziyyətinə təsir edən çoxlu oyunçular peyda olub. Qərblə hazırkı qarşıdurma şəraitində onların Rusiyaya strateji zərər vurmaq üzrə açıq siyasəti qarşılığında nüvə və raket arsenallarına qoyulan məhdudiyyətlərdən onların kəmiyyət və keyfiyyətcə artırılması xeyrinə imtina etmək məsələsi müzakirə masasına çıxarıla bilər”, - diplomat qeyd edib.

O vurğulayıb ki, ABŞ-nin qlobal raketdən müdafiə sisteminin gələcək inkişafı strateji hücum silahlarının azaldılması və əvvəlki şərtlərdə strateji sabitliyin qorunması perspektivlərinin üzərindən çarpaz xətt çəkir.

Maşkovun sözlərinə görə, cavab addımlarından biri Rusiyanın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin bəzi aspektləri ilə bağlı mövqeyinin dəyişməsi ola bilər.

“O cümlədən mövcud hadisələrə, məsələn, 2000-ci ilin İcmal Konfransının yekun sənədinə yanaşmalarımızı təhlil etmək və yenidən nəzərdən keçirmək olardı. Onun praktiki addımlarının 7-ci bəndinin aktuallığını itirməsi, sənədin qəbulundan cəmi iki il sonra Amerika administrasiyası tərəfindən pozulması bütün paketin hərtərəfli xarakterinin pozulmasına gətirib çıxarıb”, - Maşkov qeyd edib.

Избранный
6
3
azreform.info

10Источники