RU

Əhməd əl-Şaraa prezident kimi XALQA SÖZVERDİ

Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Suriyanın keçid dövrü prezidenti kimi vətəndaşlara ilk müraciətində ölkənin bütün ərazilərini nəzarətə götürəcəyini vəd edib.

Publika.az xəbər verir ki, onun sözlərindən “Al Watan” sitat gətirib.

“Qarşıdakı dövrdə biz diqqətimizi bir sıra prioritet vəzifələrin həllinə, o cümlədən Suriyanın ərazi bütövlüyünün bərpa prosesinin tamamlanmasına yönəldəcəyik”, - deyə əl-Şara vurğulayıb.

Yanvarın 23-də əl-Şaraa bəyan edib ki, Suriyanın yeni hakimiyyət orqanları indi İsraillə döyüşmək niyyətində deyil, lakin Təl-Əviv qoşunlarının onların ərazisində olmasını qəbuledilməz hesab edir.

Избранный
10
24
publika.az

10Источники