RU

Sonuncu yer…

On ildən çoxdur ki, Azərbaycan futbolunun olmayan imicini Avropada qoruyan “Qarabağ” bu mövsüm özü də devrildi. Yəni reqlament düşərli olmadı və “atlılar” əldən düşüb sonuncu yeri tutdular.

Bəlkə Afinada uğursuz mövsümün qapısını bərk çırpmaq olardı, lakin Ağdam klubu heç nəyə hazır deyildi.

İrəliləmək şansı qalmadığı üçün motivasiyasızlıq psixoloji boşluq yaratmışdı, ancaq resurs yetməzliyi komandanı çarəsiz qoymuşdu.

Əslində, “Qarabağ” bu uğursuzluğun əsasını yayda qoymuşdu. İddiaya bab transferlərin edilməməsi, həm də yeni formata uyğunlaşmanın alınmaması gətirib ən pis nəticəyə çıxardı.

Bu faktdır: 36 komanda arasında sonuncu yer… “Qarabağ” illərlə topladığı imici birdən-birə itirə bilər.

Radikal müdaxilələr edilməsə, bu heyət bundan əskiyinə qadirdir, nəinki bunları təkrarlamaq…

Komandada köklü dəyişiklik, hətta “restart” həddində – qaçılmazdır və çıxış yolunun başlanğıcı məhz budur.

Qurban Qurbanovun əsəri olan yeni “Qarabağ” illərlə əzəmətli çıxışıyla qəlblərə yol tapdı, ancaq bu gedişat yaxşı heç nə vəd etmir.

Nəinki avrokuboklar, hətta ölkə çempionatında da eniş qaçılmaz olacaq. Psixoloji boşluğun “domino effekti” bütün detallarıyla özünü büruzə verir. Görək, vəziyyətdən çıxış üçün hansı addımlar atılacaq…

Kamil Əhməd

Избранный
4
50
futbolpress.az

10Источники