Bu gün Qazaxıstanın Almatı şəhərində Avrasiya İqtisadi İttifaqı (Aİİ) Hökumətlərarası Şurasının geniş tərkibdə iclası keçirilir.
Reyting.az “Sputnik-Kazaxstan”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bir gün əvvəl isə Aİİ hökumət başçılarının məhdud tərkibdə görüşü olub. İclasda Aİİ-yə üzv beş ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə yanaşı, müşahidəçi dövlətlər: İran, Kuba və Özbəkistan, eləcə də qonaqlar: Azərbaycan və Tacikistan nümayəndələri iştirak edirlər.
Toplantı çərçivəsində “Digital Almaty 2025” rəqəmsal forumu da açılır.