RU

Bir şəklin tarixçəsi: Rəsulzadə və Hacıbəyli - İki əqidə dostu bir arada - FOTO

31 yanvar tarixi ömrünü Azərbaycanın müstəqilliyi və azadlıq uğrunda mübarizəyə fəda etmiş görkəmli ictimai-siyasi xadim, Şərqdə ilk demokratik respublikanın qurucularından biri olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.
 
M.Ə.Rəsulzadənin fəaliyyəti çoxşaxəli olub. O, təkcə ictimai-siyasi xadim deyildi, həm də öz məqalələri və publisist yazıları ilə Azərbaycan cəmiyyətini maariflənməsində mühüm rol oynayıb.

Onun ilk məqaləsi 1903-cü ilin mayında "Şərqi-Rus” qəzetində çap edilib. Rəsulzadə 1905-1908-ci illərdə "Hümmət”, "İrşad”, "Təkamül”, "Yoldaş”, "Tərəqqi”, "Füyuzat” kimi mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edib.

Bir jurnalist və redaktor olaraq Azərbaycan xalqının maariflənməsində müstəsna rol oynamış Rəsulzadənin fəaliyyəti bu gün də araşdırıldıqca, heyrət doğurur.

M.Ə.Rəsulzadə bir müddət İranda "Tərəqqi” qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib.


Təasadüfi deyildi ki, 1915-ci ilin 2 oktyabrnda “Açıq söz” qəzeti onun redaktorluğu ilə nəşrə başlamışdı. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk mətbuat orqanı idi.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil də Məhəmməd Əmin Rəsulzadənin jurnalistlik fəaliyyətini əks etdirir.

Zaman 1919-cu il... Məkan "Azərbaycan" qəzetinin redaksiyası…

Şəkildə qəzetin redaksiya heyəti yer alır. Heyətdə görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni də görmək olar:
 

Soldan sağa. Öndə oturanlar: Piri Mürsəlzadə, Rəhim ağa Vəkilov.

Orta cərgədə: Hənəfi Zeynallı, Rübabə Tağızadə, Şəfiqə Əfəndizadə, Məhəmməd Əmin Rəsulzadə, Səhra Paşazadə, Üzeyir bəy Hacıbəyli, Mustafa bəy Vəkilov.

Ayaq üstə duranlar: Əbdül Əbdülzadə, Mirzə Hadi (Atlasov), Hacıibrahim Qasımov, Məhəmmədəli Sidqi Səfərov, Şəfi bəy Rüstəmbəyli, Seyid Hüseyn Sadiq, Xəlil İbrahimov, Qədir Heydərov, Əli Yusifzadə, Məhəmməd Hadi Əbdüssəlimzadə.


Ə.Qafarlı

Избранный
15
modern.az

1Источники