Ermənistanın paytaxtı İrəvanda “Qarabağ” mahnısının oxunması yerli sakinlərdə şok effekti yaradıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı iranşünas Artyom Tonoyan özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə, “İrəvan meydanında eşidilən mahnı bəzilərinin iddia etdiyi kimi fars dilində deyil. Azərbaycan dilindədir, Azərbaycanda yazılıb”.
O iddia edir ki, mahnını ifa edənlər İran azərbaycanlıları olub: “Onların Azərbaycan yox, İran vətəndaşı olması o demək deyil ki, baş verənlər normaldır və narahat olacaq bir şey yoxdur. İrəvan meydanında belə bir mahnı ifa etmək üçün xalqın motivasiyasını məhv edib”
Natiq Səlim,
KONKRET.az