Premyer-liqada vəziyyət o qədər qəlizləşib ki, proqnoz vermək müşkülə çevrilib. Konkret favorit anlayışı, demək olar ki, tarixə qovuşmaq üzrədi. Elə güclərin müqayisəsinin nəticəyə təsiri də.
Mövsümün ikinci yarısının ilk iki turunda buna şahidlik etdiksə, növbəti həftə haqda danışarkən də ehtiyatlı olmalıyıq.
Bu gün21-ci tura start veriləcək və iki matç keçiriləcək. Qalan oyunlar isə şənbə və bazar günlərinə təsadüf edəcək.
Misli premyer-liqası
3-cü dövrə, 21-ci tur
31 yanvar
Kəpəz – Sabah
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 5:+0=1-4, 5:12.
2022/23 – 2:2, 0:3; 2023/24 – 0:2, 1:2; 2024/25 – 2:3.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Tovuz, şəhər stadionu. Saat 16.00.
Qərb derbisində “Turan Tovuz” kimi avrokuboklar zonasında qərarlaşan rəqibi azarkeşlərinin önündə darmadağın edəsən, ardınca “Səbail”ə uduzasan. Belə qəribə mənzərəni təsadüf adlandırıb qabartmaya bilərdik. Lakin Gəncə təmsilçisinin turnir cədvəlindəki mövqeyi istənilən məqam üzərində baş sındırmağa, çatışmazlığın kökünü tapmağın vacibliyinə təşviq edir. O başqa məsələ ki, “sarı-göylər”in baş məşqçisi Azər Bağırov buna çox vaxt ayırmır. Əks halda, komandada arxayınlığın yaranmasına mane olar, 6 xallıq matçda daha ciddi yanaşmağın və qələbə qazanmağın yolunu tapardı. Axı indi eyforiyaya qapılmaq yox, qələbələr qazanmaq, ən pis halda “sülh”ə nail olmaq lazımdı. “Kəpəz” çox ciddi şansı əldən verdiyinin, işinin bundan sonra daha çətin olduğunun fərqinə varmalıdı. Buna elə “Sabah”la matçda başlasalar, pis olmaz. Olmaz, amma mümkündümü? İmkansız deyil. “Bayquşlar” son 5 oyunda cəmi bir qələbə qazanıb.
Ümumiyyətlə, Masazır təmsilçisi car mövsüm ərzində daha çox heç-heçəyəmeyilli matçlarla yadda qalıb. Berezutskinin meydana çıxardığı komandada vəziyyət ürəkaçan deyil. Ya rusiyalı hələ formulu tapmaqda çətinlik çəkir, ya da “tələbələr”in problemi çalışdırıcıyla bağlı deyil. Hər halda, “Sabah” “avrokubok zonası”na qayıtmaq, “Kəpəz” isə sonuncu pillədən xilas olmaq üçün çarpışacaq. O başqa məsələ ki, gəncəlilər masazırlıları heç vaxt məğlub edə bilməyib.
Bu komandalar indiyə qədər 10 dəfə qarşılaşıb. Bunların 7-də “bayquşlar” qalib gəlib, 3-də “sülh” qeydə alınıb. Topların nisbətində Masazır təmsilçisi öndədi – 26:11.
Neftçi – Şamaxı
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 38:+23=11-4, 73:34.
1999/00 – 5:1; 2000/01 – 7:2; 2001/02 – 0:0; 2003/04 – 2:1; 2004/05 – 1:1; 2005/06 – 1:1; 2006/07 – 0:1; 2007/08 – 2:0; 2008/09 – 1:3; 2009/10 – 2:1, 1:0; 2010/11 – 1:1, 0:0; 2011/12 – 0:1, 2:1; 2012/13 – 2:0, 2:0; 2013/14 – 3:1, 2:2; 2014/15 – 0:0, 0:2; 2015/16 - 1:1, 4:2; 2016/17 – 2:1, 2:1; 2017/18 – 3:1, 3:2; 2018/19 – 2:0, 2:0; 2019/20 – 0:0, 3:1; 2020/21 – 2:1, 3:1; 2021/22 – 3:0, 3:1; 2022/23 – 3:0, 3:1; 2024/25 – 2:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Neftçi Arena”. Saat 18.30.
“Neftçi”nin ardıcıl uğursuzluqlar nəticəsində düşdüyü labirintdə azdığını desək, yanılmarıq. Ona görə ki, böyük ümidlərlə baş məşqçi postuna gətirilən Samir Abasov da gözlənilən nəticələri qazanmaqda ciddi problemlə üzləşib. Mütəxəssisin təyinatından sonra 11 oyun keçirən komanda cəmi üç qələbə qazana bilib. Kollektivin avrokuboklara yollanmaq şansı minimumdu. Əslində əsas məsələ bu deyil.
Paytaxt təmsilçisi sonuncu pillədəki “Kəpəz”dən cəmi 4 xal qabaqdadı. Autsayderlərin ardıcıl bir neçə qələbəsinin nə ilə nəticələnəcəyinin fərqindəsizmi? Odu ki, komanda bu turda qalib gəlməklə xal ehtiyatını artırmalıdı. Elə “Şamaxı”nın da durumu eyni cürdü. Hətta “şirlər” qalib gəlsə, “ağ-qaralar”ın önünə keçə biləcək. Odu ki, “Neftçi Arena”da gərgin oyun izləmək imkanımız var.
Bu komandalar indiyə qədər 76 dəfə qarşılaşıb. Bunların 42-də “ağ-qaralar”, 16-da “şirlər” qələbə qazanıb, 18-də “sülh” qeydə alınıb. Topların nisbətində paytaxt təmsilçisi öndədi – 121:71.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта