Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XI tura start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutacaq.
“Milli Aviasiya Akademiyası” “Azərreyl”lə üz-üzə gələcək. “Murov Az Terminal” isə UNEC-lə qarşılaşacaq. Hər iki görüş GİN-in Voleybol Mərkəzində keçiriləcək.
Yüksək Liqa
14 fevral
16:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl”
GİN-in Voleybol Mərkəzi
18:00. “Murov Az Terminal” - UNEC
GİN-in Voleybol Mərkəzi
1 | Abşeron | 10 | 9 | 1 | 28-8 | 26 |
2 | Milli Aviasiya Akademiyası | 10 | 8 | 2 | 26-10 | 24 |
3 | Gəncə | 10 | 5 | 5 | 20-15 | 17 |
4 | Azərreyl | 10 | 4 | 6 | 16-20 | 12 |
5 | Murov Az Terminal | 10 | 4 | 6 | 15-22 | 11 |
6 | UNEC | 10 | 0 | 19 | 0-30 | 0 |
Qeyd edək ki, tura sabah keçiriləcək “Gəncə” - “Abşeron” oyunu ilə yekun vurulacaq. Gəncə İdman Sarayında baş tutacaq matç saat 15:00-da başlayacaq.
İdman.biz