RU

"Bu, fantastik qol idi" - Karlo Ançelotti

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqanın 27-ci turu çərçivəsində dünən "Rayo Valyekano"ya qarşı keçirdikləri oyundan (2:1) sonra komandanın hücumçusu Kilian Mbappenin oyunu barədə danışıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin sözügedən matçın 30-cu dəqiqəsində hesabı açan fransalı ulduz haqda dediklərini "Kral klubu"nun rəsmi saytı belə çatdırıb:

"Mbappe çox yaxşı təsir bağışladı, effektli qol vurdu. O, topu ələ keçirmək üçün yorulmadan mübarizə apardı. Qol vurduğu epizodda da geriyə çəkilərək yarımmüdafiə zonasında topu qazandı və ardından müdafiəçilərdən qurtularaq istəyinə çatdı. Bu, fantastik qol idi. Mbappe hər şeyi çox yaxşı etdi".

Nihat

Избранный
41
fanat.az

1Источники