"Azərbaycanda iqlim dəyişmələrinə həssaslıq yüksəkdir".
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.
Onun sözlərinə görə, Kürətrafı ərazilər iqlim dəyişmələrinə daha həssas ərazilər hesab olunur: "Ümumiyyətlə, aparılan qiymətləndirmələrə görə, Azərbaycanda iqlim dəyişmələrinə həssaslıq yüksəkdir. İqlim dəyişmələrinə həssaslıq indeksi sıfıra yaxın olmalıdır, lakin ölkə üzrə həmin göstərici 0.62 təşkil edir. Xəzəryanı ərazilərdə də iqlim dəyişmələrinə həssaslıq indeksini hesablasaq, gələcəkdə həmin indeksə uyğun adaptasiya tədbirlərini müəyyən edə bilərik. Mənfi tendensiyaların qarşısını almaq üçün Xəzəryanı ölkələr birgə ssenarilər, strategiyalar işləməlidir".