"Bakcell"in
baş sponsorluğu və "YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün
"Ənənə" yay düşərgəsi təşkil olunub. Göygöl rayonunun Milli Yaylaq
Festivalı ərazisində baş tutan tədbirdə 50-dək şəhid övladı iştirak edib.
Hərbi
vətənpərvərlik və milli ənənələr mövzusuna həsr olunan düşərgə beş gün (13-18
avqust) davam edib. Tədbirdə gənclərin iştirakı ilə qədim milli oyun növləri üzrə
yarışlar, müxtəlif təlimlər və interaktiv oyunlar keçirilib.
"Müasir
bacarıqlar və innovasiya" adlı təlim düşərgə iştirakçıların xüsusi
marağına səbəb olub. Təlimdə "Bakcell”in
əməkdaşı Rüfət Quliyev gələcəyin peşələri, ən çox tələb olunan bacarıqlar və bu
bacarıqların əldə edilməsində texnologiya və innovasiyanın rolundan danışıb. Bundan
əlavə, "Bakcell”in innovativ xidmətləri, "high-tech” və "AI” dəstəkli
məhsulları barədə məlumat verilib.
www.anews.az