AZ

“Dublajda xüsusən uşaq səslərinə ciddi ehtiyac var” - ŞƏRH

Ölkədə dublyaj olunan filmlərin aşağı keyfiyyəti çox insanı narazı salır. Tamaşaçı filmlərin tərcümə-redaktəsindən, sinxron səslənmədəki uyğunsuzluqlardan, aktyor seçimində buraxılan səhvlərdən narahat olur. Televiziyaların böyük izləyici auditoriyasını itirməsinin əsas səbəbi qeyri-peşəkar dublyaja bağlıdır.

Mövzu ilə bağlı teatr və kino aktyoru Elxan Rza MediaPost-a açıqlama verib. Aktyorun sözlərinə görə, kinoteatrlar üçün gərək dövlət də müəyyən güzəştlər tətbiq etsin:

alt

“Xüsusən uşaq səslərinə ciddi ehtiyac var. Bu sahədə demək olar ki, uşaq səsləri yoxdur. Amma bu kadr çatışmazlığını aradan qaldırmaq asan məsələdir. Daha öncə həllini tapmalı olan problem studiya məsələsidir. Kinoteatrlar üçün gərək dövlət də müəyyən güzəştlər tətbiq etsin. Dövlət bu sahəyə maliyyə ayırsa, yaxşı olar. Əgər kinoteatrlar bu problemi özü həll etsə, gərək bu sonradan biletlərin qiymətinə də təsir etməsin. Tamaşaçı bir də bu problemdən əziyyət çəkməsin. Filmin alınması ilə yanaşı, dublyajı da olunmalıdır. Bunun üçün də studiyalar yaradılmalıdır”.
 

Fidan Ramazan

Seçilən
658
22
mediapost.az

10Mənbələr