Azərbaycanın ən sürətlisi "Bakcell"in
"Formula 1” stendi azarkeşlərlə yanaşı, media nümayəndələrinin də böyük
marağına səbəb olub. Dənizkənarı Bulvar ərazisində yerləşən stendi ziyarət edən
jurnalistlər burada "Bakcell”in ultrasürətli şəbəkəsini sınaqdan keçirib, şirkətin
ən son innovativ məhsul və xidmətləri ilə tanış olublar.
Qeyd edək ki, sürət yarışı günlərində azarkeşlər
"Bakcell”in əyləncə zonasında müxtəlif yarış və oyunlara qatılaraq hədiyyələr də
qazana bilərlər.
"Bakcell”, həmçinin "Formula 1” sponsorluğu çərçivəsində
hər kəsə "iPhone 16” hədiyyə qazanmaq şansı verir. Bunun üçün şirkətin rəsmi
sosial şəbəkə hesablarını izləmək və qeyd olunan şərtlərə riayət etmək kifayətdir.
"Bakcell” Azərbaycanın ilk və ən böyük özəl
telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli
və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan
innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir
və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından
biridir.
www.anews.az