İsrail "Hizbullah" üzvlərinin peycerlərini vaxtından əvvəl partlatmaq qərarına gəlib.
Yenisabah.az xəbər verir ki, bunu "Axios" adı açıqlanmayan 3 ABŞ rəsmisi deyib.
“Bu, “istifadə et, ya da itir” anı idi”, - deyə portalın həmsöhbətlərindən biri izah etdi. vakansiya
Əməliyyatla tanış olan keçmiş İsrail rəsmisi "Axios"-a bildirib ki, İsrail kəşfiyyatı ilkin olaraq genişmiqyaslı müharibə olacağı təqdirdə Hizbullahın peycerlərini qəfildən partlatmağı planlaşdırıb.
Bununla belə, ABŞ rəsmilərinin sözlərinə görə, son günlər İsrail rəhbərliyi "Hizbullah"ın bu planı ifşa edəcəyi ehtimalından daha çox narahat olub. İsrailin baş naziri Binyamin Netanyahu, İsrail Müdafiə Qüvvələrinin komandanlığı və kəşfiyyat rəisləri, nazirlər əməliyyatı intensivləşdirməyə qərar veriblər.
Telegram kanalımız