Bakı, 25 sentyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviçin dəvəti ilə bu ölkəyə səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Serbiya arasında ikitərəfli enerji əməkdaşlığının gündəliyində olan məsələlər, energetika sahəsində əlaqələrin inkişafı və yeni istiqamətlər ətrafında müzakirələr aparılacaq.