AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən kurs ümumilikdə 3 gün davam edib.
Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar verilib.
Lisenziyaları Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə təqdim ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta