Qadın futbolçulardan millimiz bu gün Avropa çempionatının pley-off mərhələsində ilk oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib. “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 58-ci dəqiqədə Nazlıcan Parlak vurub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 29-da Vizelada keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta