2024-cü il oktyabrın 24-dən 28-dək Azərbaycandan Rusiyanın Volqoqrad vilayətinə 35 tondan çox meyvə, o cümlədən nar və xurma tədarük edilib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
“Rosselxoznadzor”dan onu da qeyd ediblər ki, bütün məhsullar lazımi nəzarətdən keçib. Laboratoriya tədqiqatları zamanı məlum olub ki, Rusiya Federasiyası üçün əhəmiyyət kəsb edən karantin obyektləri müəyyən edilməyib. Beləliklə, yüklər verilmiş sənədlər əsasında alıcının ünvanına çatdırılıb(azərtac).