AZ

Tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan şirkət - MƏHKƏMƏYƏ VERİLDİ

"Cahan Tabak Beynəlxalq" ASC (Tütün Məmulatlarının İstehsalı və Satışı) barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta üzrə məhkəməyə verilib.

FED.az xəbər verir ki, şirkət barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 347-ci  maddəsinə görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İş Naxçıvan Şəhər  Məhkəməsində hakim Gülnar Səfərəliyeva təyin edilib.

Seçilən
92
1
fed.az

10Mənbələr