Tramp ABŞ-nin əsas düşmənini açıqladı
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin əsas düşməninin Venesuelanın “Tren de Araqua” bandası olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb.
Nəşrin məlumatına görə, “Tren de Aragua” bandası (“Tren de Aragua”, yaxud TdA) Venesuelada təxminən 15 il əvvəl meydana çıxıb.
Amerika təhlükəsizlik rəsmiləri bunu eyni anda bir neçə ölkədə - Peru, Çili və Kolumbiyada milli təhlükəsizliyə təhdid adlandırırlar. Brazilya, Ekvador, Boliviya və Kosta Rikada da banda hüceyrələri fəaliyyət göstərir. Bundan əlavə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi bildirir ki, dəstə üzvləri ölkənin ən böyük 16 ştatında daimi fəaliyyət göstərir.
NYP yazır ki, Tramp “Tren de Araqua” bandasını “ABŞ-ın əsas düşməni” elan edib. Lakin ekspertlər onun Şimali Amerikada mövcud olmadığını bildirirlər.
“Birinci gün mən Amerika tarixindəki ən böyük deportasiya proqramını işə salacağam. Biz bütün bu quldurları qovmalıyıq. Tutulan hər şəhəri və qəsəbəni xilas edəcəyəm. Biz bu qatil cinayətkarları həbsxanaya salacağıq, sonra isə onları ölkəmizdən qovacağıq”, - deyə Tramp 1789-cu il Xarici Düşmənlər Aktını işə salmaqla hədələyib.