AZ

Aİ XİN rəhbərləri Gürcüstanın Avropaya inteqrasiyasının dayandırılmasını müzakirə edəcək

Aİ xarici işlər nazirləri növbəti görüşdə Gürcüstanın ittifaqa girişinin dayandırılmasını, həmçinin Tbilisi ilə ikitərəfli münasibətləri müzakirə etmək niyyətindədirlər.

APA xəbər verir ki, bu barədə Veymar üçbucağı ölkələrinin (Almaniya, Fransa, Polşa) xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.

Biz Veymar üçbucağı ölkələrinin xarici işlər nazirləri hakim “Gürcü arzusu” partiyasının Aİ-yə üzvlük məsələsi ilə bağlı müzakirələri təxirə salmaq və 2028-ci ilə qədər Aİ-yə maliyyə dəstəyindən imtina etmək qərarından təəssüflənirik. Biz bu məsələni Avropa İttifaqı səviyyəsində müvafiq tədbirlər görmək üçün növbəti Xarici Əlaqələr Şurasına çıxaracağıq və əlavə olaraq, “Gürcü Arzusu”nun hərəkətlərinin ölkələrimizlə ikitərəfli münasibətlər üçün nəticələrini araşdıracağıq”, - bəyanatda deyilir.

Seçilən
84
50
apa.az

10Mənbələr