AZ

Cütlük terapiyasına müraciət etməklə sağlam münasibətlər qurmaq olar - SN

Bakı. Trend:

Cütlüklərin psixoloji uyğunluğunu müəyyən etmək üçün ilk olaraqemosional ehtiyaclar və şəxsi sərhədlər müəyyən edilməlidir. Bubarədə Səhiyyə Nazirliyi 2 saylı Kliniki Psixiatriya Xəstəxanasınınklinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

TrendR.Nəcəfov ilə müsahibəni təqdim edir:

- Rövşən müəllim, cütlüklərin evlilikdən əvvəl psixolojiuyğunluğunu necə müəyyən etmək olar?

- Fərdi dəyərlər, həyat məqsədləri və münasibətdən gözləntilərhaqqında səmimi söhbətlər aparmaq lazımdır. Bu uyğunluğu təsdiqetmək üçün psixoloji testlər və anketlərdən istifadə edilməlidir.Şəxsiyyət tipləri və emosional halları ölçən psixodiaqnostiktestlər keçirərək, cütlüklərin münasibətlərini dəyərləndirmək olar.Cütlüklərin münaqişə zamanı davranışları, stresə reaksiyaları vəqərar vermə prosesləri müşahidə edilməlidir.
Birlikdə vaxt keçirmək və müxtəlif çətin situasiyalardabir-birilərinə necə dəstək olduqlarını təhlil edərək,uyğunsuzluqlar aşkara çıxa bilər. Tərəflər psixoloji travmalarınıpaylaşaraq bir-birini daha yaxşı tanımalıdır. Eyni zamanda,münasibətin hər iki tərəfə emosional təhlükəsizlik və dəstəkverdiyinə əmin olmaq lazımdır. Cütlük terapiyasına müraciət etməkləgələcək münaqişələri əvvəlcədən müəyyən etmək və sağlammünasibətlər qurmaq olar.
Uyğunluq yalnız oxşarlıqlarda deyil, fərqlərin hörmətləqarşılanması ilə tənzimlənir. Psixoloji uyğunluq, cütlüklərin birgəhəyatdakı çətinliklərə qarşı mübarizə üçün təməl yaradır.

- Mübahisələri necə konstruktiv şəkildə həll etmək olar?

- Mübahisələri konstruktiv şəkildə həll etmək üçün ilk addım,hər iki tərəfin bir-birini dinləməyə hazır olmasıdır. Münasibətləridialoq sağlamlaşdırır. Aktiv dinləmə zamanı tərəflər bir-birininhisslərini və fikirlərini qəbul etdiklərini göstərməlidirlər.Problemləri təhlil edərkən, ittiham və ya qərəz dilindən uzaqdurmaq vacibdir. Cütlüklər öz hisslərini empatiya quraraq ifadəetməkləri daha faydalıdır. “Sən həmişə belə edirsən” əvəzinə, “Buvəziyyətdə özümü narahat hiss edirəm” demək daha doğrudur.Mübahisələrin məqsədi həll yolu tapmaq olmalıdır, qalib və məğlubaxtarmaq deyil.
Tərəflər, emosional reaksiyalarını idarə edə bilmədikləri hallardaqısa fasilə vermək və sakitləşmək üçün zaman ayıra bilərlər.Kompromis mədəniyyətini inkişaf etdirmək və hər iki tərəfinmaraqlarına cavab verən ortaq qərarlar qəbul etmək mübahisələrimüzakirələrlə əvəz edir. Problemləri şəxsləşdirməmək vacibdir.Mübahisələrdən sonra bir-birindən üzr istəmək və hər iki tərəfinhisslərini müzakirə etmək əlaqəni gücləndirir.

- Cütlüklər evlilikdən əvvəl stres və gərginliyin öhdəsindənnecə gələ bilərlər?

- Stres və təzyiqlərlə başa çıxmaq üçün cütlüklər açıq və səmimiünsiyyət qurmalıdırlar. Hər iki tərəf bir-birinin stres mənbələrinibaşa düşməli və bunları aradan qaldırmaq üçün dəstək göstərməlidir.Stresi idarə etmək üçün birlikdə zaman keçirmək faydalıdır.Prioritetləri düzgün müəyyən etmək və birgə planlama aparmaq,cütlüklərin stressi azaldaraq idarə etməsinə kömək edir.Cütlüklərin fərdi olaraq emosional sağlamlıqlarını qorumaq üçünfərdi terapiya və psixoloji seanslar almağı vacibdir. Cütlüklərinbir-birinə empatiyası münasibətləri möhkəmləndirir.
Streslə bağlı məsələləri müzakirə etməkdən çəkinməmək vacibdir,çünki susqunluq problemləri daha da dərinləşdirə bilər. Ailədəsusmaq yox, paylaşmaq lazımdır. Stresli vəziyyətlərdən sonra birgəvaxt keçirmək və əlaqəni gücləndirən jestlər etmək münasibətəmüsbət təsir göstərir. Cütlüklərin streslə mübarizədə psixolojidəstək almaqlarına ehtiyac varsa, təxirə salmaq olmaz.

- Cütlüklərin fərqli həyat tərzləri münasibətə necə təsir edəbilər?

- Fərqli həyat tərzləri münasibətə həm müsbət, həm də mənfitəsir edə bilər. Müxtəlif dünyagörüşləri münasibəti zənginləşdirə,lakin anlaşılmazlıqlara səbəb ola bilər. Cütlüklərin psixolojiuyğunsuzluğunda müşahidə olunan hal olaraq dəyərləndirilir.Cütlüklər bu fərqləri qəbul etməyi və bir-birinin seçimlərinəhörmət göstərməyi öyrənməlidirlər.
Həyat tərzlərinin uyğunlaşdırılması üçün açıq ünsiyyət və empatiyavacibdir. Evlilik öncəsi cütlüklər fərqlilikləri qəbul edib bufərqləri münasibətlərinə necə uyğunlaşdıracaqlarına dair ortaqqərarlar verə bilərlər. Müxtəlif həyat tərzlərini münasibətə təhdidkimi deyil, inkişaf fürsəti kimi görmək önəmlidir. Cütlüklər ortaqdəyərlərini inkişaf etdirməlidirlər. Fərqliliklər üçün psixolojidəstək və cütlük terapiyası alınmalıdır. Cütlüklərin fərqləri başadüşmək və psixoloji uyğunlaşmaqları münasibətlərini sağlam inkişafetdirəcəkdir.

- Evlilikdən əvvəl bir-birlərinin ailəsi ilə münasibətləri necətənzimləmək olar?

- Evlilikdən əvvəl ailələrlə münasibətlərin tənzimlənməsi üçündəyər və hörmətli ünsiyyət əsasdır. Hər iki tərəf ailələrinibir-birinə tanıdaraq doğmalıq mühiti yarada bilər. Şəxsi sərhədləriqorumaq və ailələrin münasibətə həddən artıq müdaxiləsiniməhdudlaşdırmaq vacibdir. Cütlüklər ailələrlə qarşılaşanproblemləri birgə müzakirə edib ortaq həll yolları tapmalıdır.Münaqişələrin qarşısını almaq üçün hər iki tərəf ailələrin fərqlimədəniyyət və dəyərlərini başa düşməyə çalışmalıdır. Mühit və ailəgözləntilərinin başa düşülməsi münasibətlərin harmoniyasınıartırır.
Cütlüklər öz aralarında razılığa gəlib ailələrlə necədavranacaqlarına dair strategiya qurmalıdırlar. Streslivəziyyətlərdə sakit və hörmətli davranış göstərmək gərginliyiazaldır. Ailələrlə münasibətlərdə dürüstlük vacibdir. Cütlüklərinsağlam ailə münasibətləri dürüstlüklə tənzimlənməlidir.

- Evlilikdə şəxsi sərhədlərin qorunması nə dərəcədəönəmlidir?

- Şəxsi sərhədlərin qorunması sağlam və uzunmüddətli evliliküçün vacibdir. Hər bir tərəfin öz maraqlarına, şəxsi vaxtına vəfərdi azadlıqlarına hörmət edilməsi münasibətlərin balansını təminedir. Şəxsi sərhədlər, cütlüyün bir-birinə qarşı güvən və hörmətiniartırır. Cütlüklər bir-birinin fərqliliklərini qəbul etməlidirlər.Qəbullanmaq çətin deyil, amma əziyyətlidir. Burda psixolojiəziyyətdən söhbət gedir. Qəbullanmaq fədakarlıq tələb edir.Fədakarlıq edərkən sərhədlər pozulmamalıdır. Sərhədlərin pozulmasıcütlüklər arasında gərginlik yarada və emosional bağlılığı zəiflədəbilər. Açıq və səmimi ünsiyyət sərhədlərin müzakirəsində və müəyyənedilməsində əsas rol oynayır. Hər iki tərəf sərhədlərin nə olduğunuvə niyə vacib olduğunu başa düşməlidir. Sərhədlərə hörmət göstərməkcütlüklərə daha güclü emosional bağ yaratmağa kömək edir. Fərdilikfərqlilik yarada bilər, amma ailədə fərqlilik sağlam düşüncədir.Ailə “mən” düşüncəsi ilə başlayır, “biz” ifadəsi ilə davamedir.

Məqalədə:
Seçilən
51
1
az.trend.az

8Mənbələr