AZ

Məhkəmə “Nio Group” şirkəti ilə bağlı cərimə qərarını açıqlayıb

“Nio Group” MMC nəqliyyat vasitələri ilə bağlı qaydalarını pozduğu üçün cərimələnib."Operativ Media"nın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində 339.1-ci (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş şirkət ilə bağlı müraciətə baxılıb.
Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, sözügedən inzibati xətaya görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Qeyd edək ki, “Nio Group” MMC daha əvvəl eyni inzibati xəta törətdiyinə görə cərimələnmişdir. 
Seçilən
15
6
yenilik.az

6Mənbələr