AZ

Bundestaq Şolts hökumətinə etimad göstərmədi- Almaniya növbədənkənar seçkilərə gedir...

Image

Dekabrın 16-da Almaniya parlamentində kansler Olaf Şoltsun koalision hökumətinə etimad səsverməsi keçirilib.

Azad Demokrat Partiyanın (FDP) ayrılmasından sonra Sosial Demokrat Partiya (SPD) və Yaşıllar Partiyasından ibarət koalision hökumət fəaliyyətini davam etdirməsi üçün Şols Konstitusiyanın 68-ci maddəsinə əsaslanaraq Bundestaqdan etimad səsverməsi tələb edib. Lakin keçirilən səsvermədə lazımi səs çoxluğunu toplaya bilməyib və indi ölkədə növbədənkənar seçki keçiriləcəyi gözlənilir.

Əvvəllər də növbədənkənar seçki qərarı gündəmə gəlib. Şolts hökumətinin etimad səsverməsində yetərli səs toplaya bilməməsindən sonra isə bu artıq qətiləşmiş oldu.

Etimad səsverməsinin nəticəsiz qalmasından sonra baş nazir Şolsun prezident Frank-Valter Ştaynmayerlə görüşü gözlənilir. Şols prezidentə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı rəsmi müraciət edib.

Ölkədə hökumətin buraxılmasından sonra SPD, Yaşıllar və ana müxalifət Xristian Birlik (CDU/CSU) partiyalarının parlament qrupları seçkilərin 23 fevral 2025-ci il tarixində keçirilməsi ilə bağlı razılığa gəliblər.

Seçki tarixi ilə bağlı yekun qərarı isə prezident Ştaynmayer verəcək, lakin partiyalar artıq növbədənkənar seçkilər üçün işə başlayıblar.

TAHİR





Seçilən
69
19
baki-xeber.com

10Mənbələr