AZ

Basketbol: “Neftçi” ilk qələbəsini çempionla oyunda qazandı

Bu gün keçirilmiş üç oyunla Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış oyunu B qrupunda yer almış “Sumqayıt” və “Lənkəran” komandaları arasında baş tutub.

Sumqayıtda keçirilən oyunda meydan sahibləri güclü olublar.

A qrupunun liderlərindən “Sabah” “Neftçi”ni, “Naxçıvan” isə NTD-ni sınağa çəkib. Çempion gözlənilmədən autsayderə uduzub. “Ağ-qaralar” mövsümdə ilk qələbələrinə imza atıblar. “Naxçıvan” isə çətinlik çəkmədən hesabına 3 xal yazdırıb.

Tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq. “Quba” “Gəncə”ni, “Ordu” “Şəki”ni, “Abşeron” isə “Sərhədçi”ni qonaq edəcək.

Azərbaycan Basketbol Liqası
7-ci tur
17 dekabr

A qrupu

NTD – “Naxçıvan” 77:95 (18:24, 21:23, 21:22, 17:26)
“Sərhədçi” İdman Mərkəzi.

“Sabah” – “Neftçi” 66:71 (23:18, 14:19, 17:12, 12:22)
“Sərhədçi” İdman Mərkəzi.

Xallar: Sabah – 13. Naxçıvan – 13. Sərhədçi – 9. Abşeron – 9. Neftçi – 8. NTD – 8.

B qrupu

“Sumqayıt” – “Lənkəran” 108:99 (29:21, 28:30, 25:23, 26:25)
Sumqayıt Olimpiya İdman Kompleksi.

Xallar: Gəncə – 11. Ordu – 10. Şəki – 10. Sumqayıt – 9. Lənkəran – 9. Quba – 8.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
35
9
arena.az

10Mənbələr