Bu gün kişi voleybolçular arasında Yüksək Liqada III tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə 2 matç baş tutacaq.
Çempionatın lideri “Xilasedici” “Azərreyl”lə qarşılaşacaq. 2024-cü ilin son qarşılaşması Sumqayıtda keçiriləcək. “Gənclər” “Murov Az Terminal”la görüşəcək.
Qeyd edək ki, turun ilk günündə “Neftçi” MOİK-ə 3:0 (25:12, 25:19, 25:18) hesabı ilə qalib gəlib.
Yüksək Liqa
III tur
18 dekabr
15:00. “Xilasedici” - “Azərreyl”
FHN-in idman zalı
16:00. “Gənclər” - “Murov Az Terminal”
Sumqayıt OİK