AZ

UEFA-dan AFFA-ya məktub

İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin 2024-cü ildəki fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib. Klubların Lisenziyalaşdırılması Departamenti 2025/2026-cı illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
 
Seçilən
102
1
affa.az

2Mənbələr