Rozenin sözlərinə görə, hücum zamanı əvvəlcədən xəbərdarlıq edilmədən bir neçə raket buraxıla bilər ki, bu da müdafiəni çətinləşdirir. "Oreşnik" kimi raketlər səs sürətindən 10 dəfə sürətli hərəkət edir, bu isə onların perexvatını olduqca çətinləşdirir.
Hazırda NATO-nun belə hədəfləri perexvat etmək üçün vasitələri yoxdur. ABŞ-nin hit-to-kill (hədəfi tam məhv etmək) texnologiyaları və kinestetik silahları da bu vəziyyəti dəyişə bilmir.
Roze əlavə edib ki, Polşa və Rumıniyada ABŞ-nin Ukrayna üzərində raketləri perexvat etmək qabiliyyətinə malik silahları yerləşdirilib. Lakin "Oreşnik" orta mənzilli, 500-5,500 km məsafəyə uçan raketdir və fərqli xüsusiyyətlərə malikdir.
Qeyd edək ki, 19 dekabrda Rusiya prezidenti Vladimir Putin Qərbə "yüksək texnologiyalı duel" təklif edərək, Kiyevdə "Oreşnik" üçün hədəf seçməyi və onu perexvat etməyə cəhd göstərməyi təklif edib. Putin "Oreşnik"in raket-kosmik sahədə tarixi bir yenilik olduğunu vurğulayıb.