Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri İsrailin Qəzzada bütün müharibə qaydalarını pozduğunu bildirdi
BMT nümayəndəsi Filip Lazzarini İsrailin Qəzzaya təcavüzünü pisləyərək bütün müharibə qaydaları pozulduğunu söyləyib. Onun sözlərinə görə, İsrail 14 aydır davam edən Qəzza müharibəsində məktəb və xəstəxanaları hədəf alıb, mülki itkiləri artırıb.
“Çoxdan gecikmiş atəşkəs”i vurğulayan Lazzarini sadə vətəndaşları qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.
İsrail atəşkəsi pozaraq Livanın cənubundakı evləri də hədəfə alıb. Hərbçiləri noyabrın 27-də əldə edilmiş atəşkəsə məhəl qoymadan Livanın cənubunda evləri dağıdıblar.
Rəsmi məlumatlara görə, 287 qanun pozuntusu ilə ölənlərin sayı 31, yaralılar isə 37 olub.
Livanın Milli Xəbər Agentliyinin (NNA) verdiyi məlumata görə, zərbələr Nabatiehdəki Kfarkela və Bint Cbeildəki Hanin şəhərlərinə endirilib ki, bu da regional gərginliyi artırıb.