AZ

Slovakiyanın Baş naziri Moskvaya səfər edib

Slovakiyanın Baş naziri Robert Fiko gözlənilmədən Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fiko Rusiyanın enerji nəhəngi "Qazprom"la enerjinin Ukrayna üzərindən Slovakiyaya nəqlinə dair müqavilənin müddəti bu ilin sonunda başa çatmazdan əvvəl Rusiyanın paytaxtı Moskvaya qəfil səfər edib.

Moskvada təmaslar keçirən Fiko Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Kremldən verilən açıqlamada görüşün qapalı keçirildiyi qeyd edilib.

Rusiyanın Ukraynaya hücumlarına başladıqdan sonra Putinlə görüşən üçüncü Qərb lideri olan Fiko görüşdə Rusiya qazının Slovakiyaya daşınmasının müzakirə edildiyini bildirib.

Slovakiyanın Baş naziri qeyd edib ki, Putinlə görüşündə Ukraynadakı hərbi vəziyyətə, erkən sülhün mümkünlüyünə və Slovakiya ilə Rusiya arasında ümumi münasibətlərə toxunublar.

Seçilən
65
8
cebheinfo.az

10Mənbələr