Məsələ ilə bağlı “Operativ Media” açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bu məlumatın düzgün olmadığını bildirib:
“Ümumiyyətlə, ilk olaraq qeyd etmək lazımdır ki, telefonların batareya ömrünün azalması onun tez-tez şarj edilməsi əlaqələndirilməsi ilə heç bir bağlılığı yoxdur. Əhali arasında belə bir məlumat var ki, telefonu tez-tez şarja qoymaq onun batareya ömrü azalır. Bu, köhnə telefonlar üçün keçərli idi. Hazırda isə yeni nəsil telefonlarda və texnologiyalarda bu problemin qarşısı alınıb.
Əvvəlki telefonlarda bildiyiniz kimi, arxasında batareya mövcud idi. O batareya şişir və bəzən partlayırdı. Bu telefonlarda batareyanı dəyişmək mümkün idi. Məsələn, bir telefonda batareya bir müddətdən sonra dəyişilirdi. Bu zaman batareyanın ömrü daha həssas idi. İndi də həssasdır, amma artıq o dərəcədə deyil.
Hazırkı texnologiyalarda bu problemlərin qarşısı demək olar ki, alınıb. Artıq yeni nəsil telefonların zərgəyə tez-tez qoşulması o qədər də ziyanlı hesab edilmir. Bu, əlbəttə, yeni model telefonlar üçün keçərlidir”.
Ekspert telefonun batareya ömrünün yaxşı qalması üçün nələrə diqqə etməli olduğumuza aydınlıq getirib:
"Telefonun batareya ömrünün daha yaxşı olması üçün əsas iki məsələyə diqqət yetirmək lazımdır. İlk olaraq, hər bir halda telefonun sona qədər doldurulmaması vacibdir. Yaxşı olar ki, telefonlar 80% yuxarı doldurulmasın və 10%-dən aşağı düşməsin. Bu ümumi bir qaydadır. Hətta 15%-dən aşağı düşməməsi daha yaxşı olar. Bu faizlər arasında telefon istənilən qədər batareya ilə qoşulub çıxarıla bilər. Məsələn, 30%-da qoşulub 70%-də çıxarmaq olar. Yəni, bu faizlər arasında telefonun nə qədər batareyaya qoşulmasından asılı olmayaraq, bu cihazın batareya ömrünə heç bir mənfi təsir göstərmir.Hazırda yeni texnologiyalar dövründə yaşayırıq. Bu texnologiyalar artıq bir çox problemin həllini aradan qaldırıb".