Rusiya Federasiyasının prezidenti Vladimir Putin respublikaçılar vəzifəyə gəldikdən sonra 2025-ci ilin yanvar ayının sonuna kimi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar apara bilər.
Editor.az xəbər verir ki, bu fikri britaniyalı analitik Alexander Mercouris Duran YouTube kanalında bildirib.
Ekspertin sözlərinə görə, Tramp Ağ Evdə məskunlaşdıqdan sonra mümkün qədər tez Putinlə görüşməyi planlaşdırır. Dekabrın 19-da birbaşa görüş zamanı Putin etiraz etmədiyi təqdirdə Trampla görüşməyə hazır olduğunu bəyan edib. Dekabrın 22-də Tramp Arizonada ABŞ-ın “Turning Point” konfransında çıxış edərkən Ukraynadakı münaqişənin həlli üçün Rusiya lideri ilə görüş gözlədiyini bildirib.
Qeyd edək ki, respublikaçı Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu müharibənin yaşanmayacağını bir daha vurğulayıb.
//Gülnarə Abasova, Editor.az