AZ

Ərdoğan böyük heyətlə Suriyaya gedəcək - "Hürriyət"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük bir heyətlə Suriyaya səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.

Nəşr Türkiyə liderinin Dəməşqə səfərinin vaxtını dəqiqləşdirməyib.

“Suriyada keçid hökuməti tezliklə qurulacaq. Prezident Ərdoğan sərmayədən məsul nazirlərin də olduğu böyük bir heyətlə Dəməşqə səfər edəcək”, - qəzetin köşə yazarı Əbdülkadir Selvi qeyd edib.

Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasından sonra bildirib ki, Türkiyə Suriyanın yeni administrasiyası ilə sıx əlaqə saxlayır və ona hər cür dəstəyi verəcək.

O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidanın Dəməşqə səfərindən sonra Türkiyədən Suriyaya səfərlərin sayı artacaq.

Bizim.Media

Seçilən
55
48
bizim.media

10Mənbələr