AZ

Dmitruk: Zelenskiyə ABŞ-dən pis xəbər gəldi– ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Artyom Dmitruk Telegram hesabında ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloqun açıqlamalarının Ukrayna prezidenti Vladimir Zelenski üçün xoşagəlməz xəbər olduğunu bildirib.

Kit Kelloq açıqlamasında Donald Trampın Ukrayna münaqişəsinin sülh və ədalətli həllini tapmaq niyyətində olduğunu qeyd edib. Onun sözlərinə görə, Trampın komandası əvvəlki sülh danışıqlarından təcrübə əldə edib və münaqişənin həlli üçün konkret ideyalara sahibdir.

Bundan əlavə, Kelloq vurğulayıb ki, Donald Tramp ilin sonuna qədər münaqişəni həll edə biləcəyinə inanır. Bu mövqe, ABŞ-nin yeni administrasiyasının münaqişəyə fərqli yanaşmasının siqnalı hesab edilir.

Dmitruk isə bu xəbərlərin Zelenski üçün xoş olmadığını bildirib və vəziyyətin Kiyev hökumətinin gələcək planlarına təsir edəcəyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
9
olaylar.az

10Mənbələr