AZ

Tramp Tayvana silah tədarükünü sürətləndirəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerikanın Tayvana silah və hərbi texnika tədarükünün sürətini artırmağı planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə Trampın milli təhlükəsizlik üzrə gələcək köməkçisi Mayk Uolts məlumat verib.

“Bizim onlarla 20 milyard dollardan çox məbləğdə yerinə yetirilməmiş müqavilələrimiz var və onlar artıq bu vəsaiti ödəyiblər. Və biz bunu [silahları] azad etmək, onlara [Çinə] çəkindirici vasitə kimi artıq ödədiklərini vermək üçün çox çalışmalıyıq", - Uolts Vaşinqton Sülh İnstitutunda Tayvan ətrafındakı vəziyyəti şərh edərkən deyib.

Eyni zamanda, o təsdiqləyib ki, yanvarın 20-də işə başlayan növbəti Vaşinqton administrasiyası Tayvanı “kirpi”yə çevirmək cəhdlərini davam etdirmək niyyətindədir. Bu siyasət adanın silah sistemləri ilə doldurulmasını nəzərdə tutur. Bu da Tayvan boğazında hipotetik münaqişə baş verəcəyi təqdirdə materik Çinin ehtimal olunan itkilərini əhəmiyyətli dərəcədə artıracaq və Pekini bu cür planlardan əl çəkməyə məcbur edəcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr