AZ

Maduronun andiçmə mərasimində Rusiyanı Volodin təmsil edəcək

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin 2025-ci il yanvarın 10-da Karakasda Venesuela Prezidenti Nikolas Maduronun inauqurasiya mərasimində Rusiya Federasiyasını təmsil edəcək...

Poliqon xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Rusiya Prezidenti Vladimir Putinin tapşırığına əsasən, ölkəni Venesuelanın seçilmiş prezidenti Nikolas Maduronun andiçmə mərasimində Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək”,  departamentdən bildirilib.

Qeyd edək ki, dekabrda Maduro Vladimir Putinə 2025-ci il yanvarın 10-da baş tutacaq inauqurasiya mərasiminə dəvət göndərib.

Poliqon.info

Seçilən
118
9
poliqon.info

7Mənbələr