AZ

Turizm Agentliyi bu şirkətə 2 həftədə 5 milyonluq sifariş verib

Dövlət Turizm Agentliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
Tender Lahıc qəsəbəsində yerləşən Lahıc Dövlət Tarixi-Mədəniyyət Qoruğunun abadlaşdırılması işlərinin satınalınması ilə bağlı idi. Tenderin qalibi "Ricon” MMC olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 1 milyon 336 min 378 manat təşkil edir.

"Ricon” MMC bu ayın 12-də də Dövlət Turizm Agentliyinin Daşaltı kəndində turizm infrastrukturunun yaradılması ilə bağlı tenderin qalibi olmuşdu. Şirkətlə Agentlik arasında 3 milyon 607 min 758 manat dəyərində satınalma müqaviləsi bağlanmışdı. Bununla da, Agentlik bu ay şirkətə 4 milyon 944 min 136 manat məbləğində sifariş verib.

Qeyd edək ki, "Ricon” MMC 2006-cı ildə yaradılıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Zahidov Təlatüm Təvəkgül oğludur./valyuta

Seçilən
82
48
7news.az

10Mənbələr