Ukrayna Silahlı Qüvvələri (AFU) Rusiya tərəfində vuruşan ilk Şimali Koreya əsgərini əsir götürüb...
Poliqon xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti "Yonhap" nəşrinə bildirib.
"Yaralı Şimali Koreya əsgərinin əsir götürülməsi faktı təsdiqlənib", departament qeyd edib.
Cənubi Koreya kəşfiyyatı hələlik hərbçinin dəqiq harada əsir götürüldüyü barədə məlumatlara malik deyil. İddia edilir ki, əsirlik Kursk vilayətində baş verib. Rəsmi olaraq Ukrayna hakimiyyəti və Ukrayna Silahlı Qüvvələri bu məlumatı şərh etməyiblər.
Poliqon.info