AZ

AZAL Rusiyanın daha 3 şəhərinə uçuşları dayandırdı – Yenilənib


AZAL Rusiyanın daha 3 şəhərinə uçuşları dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun rəsmi sosial şəbəkə hesablarında məlumat dərc olunub.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın Saratov, Nijni Novqoroq və Vladiqafqaz hava limanlarına uçuşlar 28 dekabr 2024-cü il tarixindən Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırılır.

***13:15
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları dayandırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan ilkin araşdırmaların nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq, Bakıdan Rusiyanın aşağıdakı hava limanlarına reysləri 28 dekabr 2024-cü il tarixindən yekun araşdırma başa çatana qədər Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən dayandırır:
Mineralnıye Vodı;
Soçi;
Volqoqrad;
Ufa;
Samara;
Qroznı;
Mahaçqala.


Qeyd edək ki, dekabrın 25-də AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların dayandırılması barədə qərar vermişdi.
Təhlükəsizlik səbəbindən qeyd edilən istiqamətlər üzrə digər aviaşirkətlərin də uçuşlarının dayandırılması barədə qərar qəbul edilib.
Mövcud vəziyyətlə əlaqədar olaraq, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.
Seçilən
97
49
yeniavaz.com

10Mənbələr