Çin Tayvana silah satışına görə ABŞ-nin yeddi hərbi sənaye müəssisəsinə qarşı sanksiya tətbiq edib.
"Cebheinfo.az" "Sputnik News"-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bildirib.
“Bu, bütöv Çin prinsipini və üç birgə Çin-Amerika bəyənnaməsini kobud şəkildə pozur, Çinin daxili işlərinə ciddi müdaxilədir,Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir”, - nazirlik bildirib.
ABŞ-nin hərəkətlərinə cavab olaraq Çin Amerikanın yeddi hərbi-sənaye müəssisəsinə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.
Nazirlikdən verilən məlumata görə, bu həftənin əvvəlində Birləşmiş Ştatlar Tayvana külli miqdarda hərbi yardım və silah satacağını açıqlayıb.